Misirdə hava limanında turistdən cinsiyyətini ayırd etmək üçün soyunmağını istədilər

Misirdə hava limanında turistdən cinsiyyətini ayırd etmək üçün soyunmağını istədilər
Foto
Dünya 100

Misir sərhədçiləri Böyük Britaniyadan gələn gənc turistin pasportundakı məlumatların düzgünlüyünə şübhə ilə yanaşıblar.

BAKU.WS "Mirror Online"a istinadən xəbər verir ki, Hurqada hava limanında qızdan kişi olmadığını sübut etməsi istənilib.

Baş verənlərlə bağlı təfərrüatlar ötən həftə sosial şəbəkələrdə yaranan qalmaqaldan sonra ingilis mətbuatında yer alıb. Hər şey avqustun 25-də, 15 yaşlı Keytlin dostunun ailəsi ilə Misirə uçarkən baş verib. Onlar qısa zamanda pasport nəzarətindən keçib. Sonra baqajımızı götürmək üçün gəliş zalına gediblər.

Baqaj bölməsindəki iki təhlükəsizlik işçisi onları yaxalaşıb. Onlar qızın cinsiyyət testindən keçməsini tələb ediblər. Dostun anasının dediyinə görə, əvvəlcə o, kişilərin proseduru həyata keçirmək niyyətində olduğunu düşünüb və tibb bacısı dəvət etməkdə israr etməyə başlayıb.

Bir müddət sonra əcnəbilərin aparıldığı otaqda Misir hakimiyyətinin nümayəndəsi peyda olub. Əvvəlcə o, yeniyetməyə idman stilində olan koftasının qaldırmağı, sonra şalvarını aşağı çəkməyi təklif edib. Daha sonra turist kişi xüsusiyyətlərinin olmadığını göstərmək üçün şortunu aşağı çəkməyə razı olub. Polis pasportda yazıldığı kimi, qarşılarında qadının olduğundan əmin olduqdan sonra turistlərə hava limanını tərk etməyə icazə verib.

Baş verənləri şərh edən Keytlin qısa saç kəsimini sənəddəki fotosundan yeganə fərq adlandırıb.

"Mən çox utandım, əvvəllər belə bir şey yaşamamışdım", - deyə o qeyd edib.

Son xəbərlər