Mirzoyan: Ermənistan və ABŞ "Tramp Marşrutu" layihəsinin detallarını dəqiqləşdirəcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
"Tramp Marşrutu" layihəsinin detalları (Zəngəzur dəhlizinin bir hissəsi) Ermənistan və ABŞ nümayəndə heyətləri arasında əlaqələr, müzakirələr və danışıqlar zamanı dəqiqləşdiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycan tərəfi ilə imzalanmış Vaşinqton bəyannaməsində əks olunan ümumi razılaşmalar var. Burada kommunikasiyaların açılmasının hər iki ölkənin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenliyi və yurisdiksiyası əsasında qarşılıqlı fayda ilə baş verəcəyi göstərilir", - o qeyd edib.
A.Mirzoyan əlavə edib ki, Ermənistan sülh sazişinin imzalanması vaxtını və yerini müəyyən etmək məqsədilə Azərbaycanla məsləhətləşmələrə başlamağa hazırdır.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...