Milyonçunun oğlunun parçalanmış meyiti tapıldı
Bali adasında istirahət zamanı qaçırılan ukraynalı iş adamının oğlu İqor Komarovun meyiti günlər sonra parçalanmış vəziyyətdə tapılıb. Hadisə beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.
BAKU.WS xəbər verir ki, 28 yaşlı İqor Komarov 15 fevralda Bali adasında oğurlanıb və uzun müddət ondan xəbər alınmayıb. Aparılan istintaq zamanı onun influenser sevgilisi Yeva Mişalovanın sosial şəbəkədə etdiyi məkan işarəli paylaşımların şəxsin izinə düşülməsində rol oynadığı iddia olunub.
Rəsmi açıqlamalara əsasən, qaçırılmadan sonra yayılan videoda Komarovun ağır işgəncələrə məruz qaldığı görünür. Şübhəlilər tərəfindən təxminən 7 milyon funt sterlinq fidyə tələb edilib. Videoda onun kömək çağırışı etdiyi anlar da yer alıb.
Hadisədən təxminən iki həftə sonra Bali sahilində yerləşən çay mənsəbində insan bədən hissələri aşkar edilib. Aparılan DNT analizləri nəticəsində tapılan qalıqların İqor Komarova aid olduğu təsdiqlənib. Polis meyitin baş, ayaq və daxili orqanlarının parçalanmış halda tapıldığını bildirib.
İstintaq çərçivəsində kirayə götürülən avtomobil və bir villada qan izlərinə rast gəlinib. Hadisə ilə bağlı ümumilikdə 7 şübhəlinin saxlanıldığı qeyd olunur.
Eyni zamanda, hadisədən sonra sevgilisi Yeva Mişalovanın sosial şəbəkə paylaşımlarına davam etməsi ictimaiyyətdə müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Dünyada metro sistemlərində ən çox problem yaşanan ölkələr
Dünyanın müxtəlif ölkələrində metro sistemləri artan sərnişin yükü, köhnəlmiş infrastruktur və maliyyə çatışmazlığı səbəbindən ciddi çətinliklərlə üzləşir. BAKU...