"Milton" qasırğası nəticəsində su basmış Florida küçələrində timsahlar peyda olub
ABŞ-nin Florida ştatında "Milton" qasırğası səbəbindən yaşayış mühitindən çıxmış timsahlar küçələrdə və evlərdə görünüb.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" bildirib.
"Florida sakinləri "Milton" qasırğasından sonra bərpa işləri apararkən su basmış küçələrdə, həyətlərdə və hətta evlərində gözlənilməz qonaqlarla - evlərini tərk etmiş vəhşi heyvanlarla qarşılaşırlar.
Cümə axşamı səhər saatlarında Tampada bir evin artırmasında dincələn timsah videoya çəkilib. Başqa bir timsah isə qasırğa zamanı Nort-Fort-Mayers yaşayış məntəqəsində su basmış ərazidən keçən avtomobilin təkərinə hücum çəkib", - məlumatda deyilir.
Xatırladaq ki, "Milton" qasırğası çərşənbə axşamı gecə saatlarında Floridanın mərkəzi qərb sahillərinə çataraq Saffir-Simpson şkalası üzrə 3-cü kateqoriyaya çatıb. Qasırğadan əvvəl ştatın ərazisindən bir neçə tornado keçib ki, bu da əlavə dağıntılara səbəb olub. Hazırda 16 nəfərin öldüyü məlumdur.
Oxşar xəbərlər
Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi
Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın oğlu Ceyhun avtomobil qəzası keçirib. BAKU.WS xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə məlumat yayıb. O...