Meyvəni çox yeyən ayının halı pisləşdi, xəstəxanalıq oldu

Türkiyənin İstanbul şəhərində üç yaşlı "Okan" adlı ayı meyvə yedikdən sonra xəstəxanalıq olub.
BAKU.WS xəbər verir ki, o, İstanbul Universiteti Cerrahpaşa Baytarlıq Fakültəsinə bağlı Araşdırma və Tətbiq Heyvanları Xəstəxanasına gətirilib və MRT çəkilib. Ayı müalicə olunduqdan sonra evə buraxılıb.
Bildirilib ki, Çekmeköydəki özəl Zoopark və Heyvan Reabilitasiya Mərkəzində baxılan "Okan" adlı üç yaşlı ayı yediyi meyvədən xəstələnib. Müalicə olunan ayı daha sonra onu zooparka aparıblar. MRT zamanı məlum olub ki, ayının sağlam olmasına baxmayaraq, soyuq meyvə yeməkdən soyuqdəymə olub.
Okanı müayinə edən həkim Ebu Derda Günay deyib ki, onunla ilk dəfə 3 il əvvəl tanış olub:
"Okanla 3 il əvvəl tanış olduq və o, təxminən 3 ildir izlədiyimiz bir xəstədir. Üç il əvvəl zəhərlənmə şikayəti ilə bizə gəlmişdi. Digər qardaşlarını da zəhərlənmədən itirmişdik. Testlərimiz zamanı kompüter tomoqrafiyası keçirdik və qanına baxdıq. Başqa problem olmadığını müəyyən etdik və qarın ağrısını müalicə etdikdə sağaldı. Hazırda vəziyyəti çox yaxşıdır, müalicə davam edir. Ümid edirik ki, bundan sonra başqa fəsadlarla rastlaşmayacağıq".
Qalereya
Oxşar xəbərlər
Fransa Bəşər Əsədin həbsinə order verib
Fransa hakimiyyəti Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd və onun 6 keçmiş yüksək vəzifəli məmurunun üsyançıların nəzarətində olan şəhərin bombalanması ilə b...
