"Meta" əməkdaşlarının 10 faizini ixtisar edib

Meta əməkdaşlarının 10 faizini ixtisar edib
Dünya 54

"Meta" şirkəti əməkdaşlarının təxminən 10 faizini işdən çıxarıb.

BAKU.WS xəbər verir ki, şirkətin baş direktoru Mark Zukerberq əməkdaşlara göndərdiyi daxili məktubda yenidənqurma prosesinə və süni intellekt sahəsinə yatırımlara toxunub.

Məlumata görə, "Meta" eyni zamanda 7 min əməkdaşını süni intellekt bölmələrinə yönləndirir. Zukerberq bildirib ki, hazırda texnologiya sektorunda ən vacib istiqamətlərdən biri məhz süni intellektdir və bu sahədə liderlik gələcək nəsillərin formalaşmasına təsir göstərəcək.

Şirkətin aprel ayında açıqladığı restrukturizasiya planına əsasən, təxminən 8 min nəfər işdən çıxarılacaq, 6 min vakant yer isə doldurulmayacaq.

"Meta" həmçinin yüksək texnologiya xərcləri və yeni məlumat mərkəzlərinin yaradılması səbəbindən 2026-cı il üçün kapital xərclərini 125–145 milyard dollar aralığınadək artırdığını açıqlayıb.

Şirkət rəhbərliyi ABŞ-də işdən çıxarılan əməkdaşlara əlavə kompensasiyalar və tibbi sığorta dəstəyi veriləcəyini də bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər