Məsud Pezeşkian: Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq

Xalq hökumətlə bir olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian hökumətin islasında bildirib.
Onun sözlərinə görə, İran milli həmrəylik və birlik sayəsində istənilən böhranı dəf edəcək:
"Milli həmrəyliyin qorunması və xalqın mövcud vəziyyətdə iştirakı vacibdir. Əgər xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq. Bütün tədbirlərin milli həmrəyliyin qorunmasına yönəldilməsi vacibdir".
M.Pezeşkian əyalətlərə səlahiyyətlərin verilməsi məsələsinə də toxunub:
"Ayrı-ayrı qurumların operativ qərar qəbul etməsi üçün nazirlər müavinlərinə lazımi səlahiyyətlər verməlidir".
Məlumata görə, Nazirlər Kabinetinin bütün üzvləri və vitse-prezidentlərin iştirak etdiyi bu iclasda son hadisələr müzakirə edilib, təhlil olunub, prezident məsələlərin həllini asanlaşdırmaq üçün lazımi göstərişlər verib.
Oxşar xəbərlər
Meyve dietası ilə 20 kiloya düşən sosial media fenomeni həyatını itirdi
Polonyalı sosial media fenomeni Karolina Krzyzak uzun müddət yalnız çiğ meyvə ilə qidalanaraq 20 kiloya qədər düşdükdən sonra Balidə otel otağında vəfat edib. 2...
