Məsud Pezeşkian köməkçisini lüks səyahətə getdiyi üçün işdən çıxarıb
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian köməkçisi Şəhram Dəbirini lüks səyahətə getdiyi üçün vəzifəsindən azad edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.
M.Pezeşkian məsələ ilə bağlı açıqlamasında bildirib ki, Dəbirinin Novruz bayram tətilində Antarktidaya lüks səyahətə getdiyi müəyyənləşib: "Kasıbların çox olduğu bir ölkədə vəzifəli şəxslərin öz vəsaitləri hesabına olsa belə, bahalı əyləncə səyahətlərə getməsi müdafiə edilə və ya haqlı sayıla bilməz. Bu, səlahiyyətlilərin sadə həyat standartları ilə uyğun deyildir".
Qeyd edək ki, Şəhram Dəbirinin bayram tətilində Antarktidaya lüks səyahətə getdiyi və orada əylənməsinə dair mediada məlumatlar yayılıb. O, dövlətin deyil, öz maliyyə vəsaiti hesabına səyahətə çıxdığını bildirsə də, ancaq bu, qarşı tərəfi qane etməyib.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...