Məşhurlar 8 yaşlı Narinin tabutundakı gəlinliyə etiraz etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
8 yaşlı Narinin cənazəsində tabutunun üzərində gəlinlik qoyulması müzakirələrə səbəb olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bir çox məşhurlar onun tabutuna gəlinlik qoyulmasına etiraz edib. Onlar arasında məşhur aktrisa Ezgi Mola və Bergüzar Korel olub.
Onlar bu barədə açıqlama yayıblar:
BAKU.WS sözügedən paylaşımları təqdim edir:
Bergüzar Korel
"Niyə məktəbli forması yaxud da oyuncaq deyil də gəlinlik? 8 yaşında məsum bir uşağın tavutuna gəlinlik qoymaq zatən qarşısında dayandığıınız mentalitetin özüdür".
Ezgi Mola
"O tabutun üzərinə önlük və ya oyuncaq qoymalı idilər. O balaca uşağı gəlin kimi təsəvvür etmələri mənə dəhşətli gəlir".
Xatırladaq ki, avqustun 21-də Quran kursundan qayıdarkən itkin düşən Narin Güran dəfn edilib.
Diyarbəkir Məhkəmə Tibb Ekspertizası İdarəsində aparılan ekspertizadan sonra meyit qohumlara təhvil verilib.
Daha sonra uşağın cənazəsi Tavşantepe Məhəlləsi Qəbiristanlığında dəfn edilib.
Onun öldürülməsinə görə 24 nəfər saxlanılıb. Nəzarətə alınanlar arasında Narin Güranın anası, atası, iki böyük qardaşı, üç əmisi və əmisi S.G.-nin də anası var.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...