Məşhur teleaparıcı canlı yayım zamanı yuxulayıb

Məşhur teleaparıcı canlı yayım zamanı yuxulayıb
Video
Dünya 64

İrlandiyalı məşhur teleaparıcı Eamonn Holmes canlı yayım zamanı yuxuya getməsi ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, hadisə "GB News" telekanalında yayımlanan səhər proqramı zamanı baş verib.

Həmin vaxt aparıcının həmkarı Böyük Britaniyanın baş nazirinin baş katibi Darren Consla söhbət edib. Bu zaman Holms studiyada sakit oturaraq gözlərini yarıyumulu saxlayıb və bir neçə saniyəlik yuxuya gedib.

Telekanaldakı mənbələr bildiriblər ki, son vaxtlar aparıcının səhhəti ilə bağlı problemlər onun işinə təsir göstərir. Onların sözlərinə görə, həmin gün yayımla bağlı tamaşaçılardan da çoxlu mesaj daxil olub və aparıcının yorğun göründüyü diqqət çəkib.

Bildirilir ki, Eamonn Holmes bir müddətdir ciddi sağlamlıq problemlərindən əziyyət çəkir. O, mart ayının əvvəlində səhhətinin ağır olduğunu və yaşadığı ağrıların çox çətin olduğunu bildirib. Məlumata görə, aparıcı 2021-ci ildən xroniki ağrılarla mübarizə aparır.

Son xəbərlər