Məşhur reper həbs olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur "Beautiful Girls" mahnısının ifaçısı, amerikalı reper Şon Kinqston 1 milyon dollarlıq dələduzluq işi üzrə təqsirli bilinərək 3 il 6 ay müddətinə həbs edilib.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, o, anası ilə birlikdə elektron vasitələrlə həyata keçirilən dələduzluq əməliyyatında ittiham olunub.
İstintaq müəyyən edib ki, onlar bahalı əşyaları - o cümlədən lüks saatlar, 232 düymlük LED televizor, gülləkeçirməz "Cadillac Escalade" avtomobili və mebelləri qanunsuz yolla əldə ediblər. Ümumi ziyanın 1 milyon ABŞ dollarından çox olduğu bildirilir.
Reperə hökm elan edilməzdən əvvəl məhkəmədən üzr istəyib və etdiyi hərəkətlərdən dərs aldığını bildirib.
Qeyd edək ki, onun anası Cenis Törner bu ilin iyul ayında 5 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...