Məşhur reper Barak Obamaya görə 14 il həbs cəzası aldı

Məşhur reper Barak Obamaya görə 14 il həbs cəzası aldı
Foto
Dünya 14

ABŞ-də məşhur reper Pras (əsl adı – Prakazrel Samuel Mişel) sabiq prezident Barak Obamanın seçki kampaniyasını qanunsuz maliyyələşdirdiyinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Qeyd olunur ki, hip-hop qrupu The Fugees-in üzvü beynəlxalq axtarışda olan malayziyalı biznesmen Co Loudan 120 milyon dollardan çox vəsait alıb.

O, bu vəsaitin bir hissəsini 2012-ci ildə Obamanın kampaniyasının maliyyələşdirilməsinə yönəldib və bunun üçün saxta donorların adlarından istifadə edib. Musiqiçi həmçinin Malayziyanın dövlət fondu "1Malaysia Development Bhd"-dən vəsaitlərin mənimsənilməsi ilə bağlı Lou işi üzrə istintaqa mane olub - şahidlərə təzyiq göstərib və məhkəməyə yalan məlumat verib.

Reper məhkəmədə ifadə verməkdən imtina edib. Məhkəmə onu həmçinin xarici hökumətin qeydiyyatsız agenti kimi fəaliyyət göstərməkdə də təqsirli bilinib. Reperin vəkili hökmündən şikayət etməyi planlaşdırır.

Son xəbərlər