Məşhur hindistanlı müğənninin qətlində milyardlıq sərvətin varisi şübhəli bilinir

Məşhur hindistanlı müğənninin qətlində milyardlıq sərvətin varisi şübhəli bilinir
Dünya 67

Hindistanda məşhur müğənni Ankit Baliyana qarşı törədilən sui-qəsdlə bağlı yeni detallar ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, Uttar-Pradeş ştatında baş verən hadisə ilə bağlı axtarışda olan şəxslərdən birinin 19 yaşlı Satyam Kadyan olduğu müəyyənləşib.

Məlumata görə, Kadyan milyardlarla dollar dəyərində sərvətin varisidir. Ailəsinin Haryana ştatında 60 hektar kənd təsərrüfatı torpağı və böyük biznesi olduğu bildirilir. O, ailənin yeganə oğludur.

32 yaşlı müğənni avqustun 26-da Şamli şəhərində idman zalından çıxarkən iki motosikletlə gələn şəxslərin silahlı hücumuna məruz qalıb və həyatını itirib.

Polis hadisə ilə bağlı iki şübhəlini öldürüb. Daha iki nəfərin, o cümlədən Kadyanın axtarışda olduğu bildirilir.

Araşdırmaya görə, cinayətin müğənninin kriminal mövzulu mahnısı ilə bağlı qisas zəminində törədilməsi ehtimalı araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər