Məşhur aktyor ürək əməliyyatından bir ay sonra vəfat edib
Məşhur rusiyalı aktyor Oleq Boyko bazar günü, yanvarın 12-də 57 yaşında vəfat edib.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, o, ürək əməliyyatından sonra bir aya yaxın reanimasiyada yatıb.
Sənətçinin bacısı bildirib ki, onun ürək əməliyyatı uğursuz olub, Oleq bir aya yaxın 67 saylı xəstəxanada reanimasiyada yatıb.
Xatırladaq ki, Oleq Boyko 1967-ci ildə anadan olub. İlk dəfə 1980-ci illərin sonlarında televiziya ekranlarında görünüb.
Qeyd edək ki, Boyko aktyorluq karyerası ərzində 50-dən çox film və serialda rol almağı bacarıb. Onların arasında "Sklifosovsky", "Red Zone", "Balabol", "Interns", "Cop in Law" və hətta "My Fair Nanny" kimi layihələrdə rollar var.
Oxşar xəbərlər
Qadın yağışlı havada üstünə maşınla su sıçradan sürücüyə atəş açıb
Rusiyanın Krasnoyarsk vilayətində qəribə olay yaşanıb. Belə ki, yerli sakin yoldan keçən avtomobil gölməçədən üzərinə su sıçratdığı üçün ona atəş açıb. BAKU.WS...