Məşhur aktyor narkotiklə saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada 35 yaşlı aktyor Dmitri Trusov narkotiklə saxlanılıb. Bu barədə "Shot Telegram" kanalı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, o avtomobili ilə evinə doğru gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Aktyor həmin vaxt çox əsəbi olub və axtarış zamanı onun cibindən içərisində narkotik maddə olan bağlama aşkar edilib.
Hazırda onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması) istintaq başladılıb.
Aktyoru 3 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, Dmitri Trusov Şçepkin adına Dövlət Texniki Universitetinin məzunudur. O, "Adjika" qısametrajlı filmində, həmçinin "Kəşfiyyat rəisi" serialında çəkilib.
Oxşar xəbərlər
Zelenski İrlandiyada ABŞ nümayəndə heyəti ilə görüş keçirəcəyini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin IX sammitində iştirak etmək üçün Dublinə səfər edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...