Məşhəddəki dəmir yolu xətlərindən birində qatarların hərəkəti bərpa edilib
ABŞ-nin Məşhəddəki dəmir yolu xəttinə hücumundan 15 saat sonra zədələnmiş xətlərdən biri bərpa edilib və yenidən istismara verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Yol və Şəhərsalma nazirinin müavini, Dəmir Yolları İdarəsinin sədri Cabbar Əli Zakeriyə istinadən İran mediası məlumat yayıb.
"Hazırda bərpa olunmuş xətt üzrə qatarların hərəkəti bərpa edilib", - o bildirib.
Zakerinin sözlərinə görə, ikinci xəttin bərpası üzrə işlər davam edir və bir neçə saat ərzində başa çatdırılacaq.
Xatırladaq ki, ABŞ-nin zərbələri nəticəsində İranda iki gün ərzində 14 nəfərin öldüyü bildirilir. Məlumata görə, 78 nəfər yaralanıb. Bundan başqa, ABŞ Prezidenti Donald Tramp İranla tammiqyaslı münaqişənin yenidən başlayacağını istisna etməyib. Hazırda isə Amerika hərbçilərinin İrana zərbələr dalğasını başa çatdırdığı qeyd olunub.
Oxşar xəbərlər
İranın hücumu nəticəsində İordaniyada iki amerikalı hərbçi həlak olub
17 iyul tarixində ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və tərəfdaş qüvvələr İranın ballistik raket və dron hücumlarından müdafiə olunarkən İordaniyada iki ABŞ hər...