Mərmərə dənizində yanğın - 2 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Mərmərə dənizində gəmidə yanğın baş verməsi nəticəsində 2 nəfər həyatını itirib.
BAKU.WS CNNTÜRK-ə istinadən xəbər verir ki, Sədef adası yaxınlığında FG SEVIL adlı yük gəmisinin maşın bölməsində yanğın çıxıb. Yanğın nəticəsində gəmidə çalışan 2 işçi - Hüseyn Aydemir və Gökhan Kan həyatını itirib.
Yalovadan Bolqarıstana hərəkət edən Panama bayraqlı gəmidə səbəbi hələ bilinməyən yanğınla bağlı hadisə yerinə dərhal Sahil Təhlükəsizlik xidmətinin KEGM-4 sürətli təxliyə qayığı, Qurtarma-7 və Şark yedək gəmiləri göndərilib.
Müdaxilə nəticəsində yanğın tam söndürülüb, gəmi isə Kartal dayanacaq sahəsinə çəkiləcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...