Melonidən Trampa maraqlı TƏKLİF
İtaliyanın baş naziri Corcia Meloni ABŞ prezidenti Donald Trampla görüşdə ona Qərb sivilizasiyasını "daha güclü" etməyi təklif edib.
BAKU.WS xəbər verir ki, tədbirin yayımı " target="_blank" rel="noopener">YouTube platformasında mövcuddur.
"Qərb mənim üçün sadəcə coğrafi bir məkan deyil, bu bir sivilizasiyadır və mən bu sivilizasiyanı daha güclü etmək istəyirəm. Mənim məqsədim Qərbi yenidən böyük etməkdir və düşünürəm ki, biz bunu birlikdə bacararıq" ,-deyə İtaliyanın baş naziri bildirib.
Tramp isə Melonini dəstəkləyərək bunun həqiqətən mümkün olduğunu söyləyib.
Bundan əlavə, İtaliya hökumət başçısı deyib ki, ABŞ lideri onun Romaya səfər dəvətini qəbul edib və həmin tarixdə ABŞ-Avropa İttifaqı sammiti keçirmək mümkündür.
Qeyd edək ki, "Amerikanı yenidən böyük edək" – Trampın seçkiqabağı kampaniyasının şüarıdır və ABŞ prezidenti bu ifadəni müxtəlif hallarda istifadə edir. Bəzi ölkələrə qarşı gömrük rüsumları tətbiq edildikdən sonra Tramp bəyan etmişdi ki, bu addımlar sayəsində ABŞ yenidən böyük, hətta heç vaxt olmadığı qədər böyük olacaq.
Oxşar xəbərlər
Trampdan İrana yeni hədə: "Gələn həftə çox sərt zərbə endirəcəyik"
ABŞ Prezidenti Donald Trump İranla davam edən müharibənin 14-cü günündə Tehrana qarşı yeni sərt bəyanat verib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o...