Meksikada supermarketdə dəhşətli partlayış: 23 nəfər həyatnı itirdi
Meksikanın şimal-qərbində yerləşən Ermosiljo şəhərində supermarketdə baş verən güclü partlayış faciə ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, hadisə nəticəsində azı 23 nəfər həyatını itirib, onlarla insan isə xəsarət alıb.
Sonora ştatının qubernatoru Alfonso Durazo video müraciətində bildirib ki, qurbanların arasında azyaşlı uşaqlar da var:
"Üzülərək bildirirəm ki, aşkar etdiyimiz qurbanların bir neçəsi azyaşlılardır. Sağ qalanlar Hermosillodakı xəstəxanalarda müalicə olunur."
Qubernatorun sözlərinə görə, hadisənin terror və ya zorakı hücum xarakteri daşımadığı ehtimal olunur. Partlayış, ölkədə ailələrin dünyasını dəyişmiş yaxınlarını anmaq üçün qeyd olunan Ölü Günü bayramı ərəfəsində baş verib.
Yerli "El Universal" nəşri yazıb ki, yanğın supermarketin giriş hissəsində başlayıb, alov bir neçə dəqiqəyə bütün ticarət zalını bürüyüb. Bu zaman bir çox alıcılar içəridə qalıb. Yanğınsöndürmə xidməti alovu lokallaşdırsa da, hadisə baş verən anda binada olanların bəziləri xilas ola bilməyib.
Hazırda istintaq komissiyası partlayışın səbəblərini və mümkün məsul şəxsləri müəyyənləşdirmək üçün araşdırma aparır. Qubernator Durazo bildirib ki, "istintaq geniş və şəffaf şəkildə aparılacaq".
La triste realidad de México, Carlos Manzo, conocido por confrontar al crimen organizado fue asesinado en Uruapan, Michoacán.
— Julio César 🦅 (@Julio24v) November 2, 2025
La cuenta de @GabSeguridadMX confirmo. pic.twitter.com/FK0cj2bQq4
Oxşar xəbərlər
Pezeşkian: İran nüvə obyektlərini yenidən quracaq
İran ABŞ və İsrail tərəfindən bombalanmış nüvə obyektlərini yenidən inşa edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkia...