Meksikada bələdiyyə sədrinin katibi və müşaviri silahlı hücumda öldürülüb

Meksikada bələdiyyə sədrinin katibi və müşaviri silahlı hücumda öldürülüb
Dünya 65

Meksikanın paytaxtı Mexiko şəhərində bələdiyyə sədri Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və müşaviri Xose Munyos silahlı hücum nəticəsində həyatını itirib.

BAKU.WS xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, Quzman və Munyos Mexikodakı Kalzada de Tlalpan və Napoleon küçələrinin kəsişməsində avtomobildə olarkən motosikletli şəxs tərəfindən atəşə tutulublar. Təcili tibbi yardımın müdaxiləsinə baxmayaraq, hər iki şəxs hadisə yerində vəfat edib.

Meksika Prezidenti Klaudiya Şeinbaum məsələ ilə bağlı Milli Sarayda keçirdiyi mətbuat konfransında açıqlama verərək, "Təəssüf ki, Ximena Quzman və Xose Munyos silahlı hücum nəticəsində həyatlarını itirdilər", – deyib.

Prezident bildirib ki, cinayətkarların tapılıb məsuliyyətə cəlb olunması üçün Təhlükəsizlik və Vətəndaşları Müdafiə Katibi Omar Qarsiya Harfuça göstəriş verilib: "Bu hadisənin məsuliyyətsiz şəkildə ötüşməsinə imkan verilməyəcək. Ədalət bərqərar olunacaq. Araşdırmalar ətraflı şəkildə aparılır və hökumət bu məsələdə tam dəstək verir".

Meksiko şəhərinin meri Klara Bruqada da açıqlama verərək həlak olanların ailələrinə başsağlığı diləyib: "Ximena çalışqan, nəzakətli və yorulmaq bilməyən bir qadın idi. Pepe-ni isə uşaqlığımdan tanıyırdım. O, tanıdığım ən ağıllı və məsuliyyətli insanlardan biri idi", – deyə qeyd edib.

Oxşar xəbərlər

Son xəbərlər