Mask insanlara pul yığmamağı tövsiyə edib
Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask insanlara pul yığmağa meyilli olmamağı tövsiyə edib. Onun fikrincə, 10-20 il sonra yığımlar anlayışı aktuallığını itirə bilər.
BAKU.WS xəbər verir ki, milyarder bu fikirləri "Moonshots with Peter Diamandis" podkastında səsləndirib.
Bir çox nəsillər boyunca pensiya üçün mümkün qədər çox pul yığmaq yetkin insanın əsas və zəruri vəzifəsi hesab olunub. Lakin Maskın sözlərinə görə, bu yanaşma artıq sona yaxınlaşa bilər.
O, hesab edir ki, qocalıq üçün pul toplamaq, xüsusilə pensiyalar vasitəsilə yığım anlayışı yaxın gələcəkdə tamamilə köhnələ bilər. Yəni nə islahat olacaq, nə də dəyişdiriləcək - sadəcə, lazım olmayacaq.
Maskın arqumenti texnologiyaların qlobal iqtisadi sistemi demək olar ki, köklü şəkildə yenidən formalaşdıracağına dair kifayət qədər radikal inanca əsaslanır.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin "Forbes" jurnalı İlon Maskın sərvətinin 700 milyard dolları keçərək onu tarixdə bu həddi aşan ilk şəxsə çevirdiyini yazmışdı.
Oxşar xəbərlər
Qara dənizdə Ukraynaya məxsus pilotsuz kater vurulub
Rusiya Qara dəniz Donanmasının qüvvələri Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kater məhv edib. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müda...