Mask ABŞ hökuməti üçün süni intellektlə işləyən chat-bot hazırlayır
Yeniliklərdən dərhal xəbərdar olun
İlon Maskın rəhbərlik etdiyi ABŞ hökumətinin səmərəliliyinin artırılması departamenti (Department of Government Efficiency, DOGE) süni intellekt (Sİ) əsaslı "GSAi" adlı çat-botun hazırlanması üzərində işləyir.
BAKU.WS xəbər verir, bu barədə "Wired jurnalı" məlumat yayıb.
Məlumata görə, qurum qısa müddətdə dövlət idarəçiliyində istifadə olunacaq çat-botu hazırlamağa çalışır.
Jurnalın iki anonim mənbəsinin sözlərinə görə, bu təşəbbüsün əsas məqsədi təxminən 12 min hökumət əməkdaşının gündəlik məhsuldarlığını artırmaqdır. Həmin əməkdaşlar dövlət qurumlarının ofis sahələrinin idarə edilməsi, müqavilələr və İT infrastrukturunun tənzimlənməsi ilə məşğul olurlar.
Mənbələr qeyd ediblər ki, Maskın komandası böyük həcmli məlumatları təhlil edə bilən texnologiyalardan istifadə etməyə çalışır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...