Maldiv adalarında köpək balığı turistə hücum etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Milyonlarla turistin istirahətə getdiyi Maldiv adalarında bədbəxt hadisə yaşanıb. Nəhəng köpək balıqlarından biri rus turistə hücum edib.
BAKU.WS xəbər verir ki, 44 yaşlı turistin sözlərinə görə, o 12 nəfərdən ibarət qrupla dənizdə üzməyə gedib.
Qadın suya düşdükdən qadın köpək balığının hücumuna məruz qalıb. O bir əli ilə köpək balığına zərbə vurmağa çalışıb.
Nəticədə, balıq turistin əlini dişləyib.
Bundan sonra qadın qayığa üzüb və digərlərini qorxutmamaq üçün qanlı əlini bağlayıb.
ABŞ-də də iki dəfə köpək balığı tərəfindən hücuma məruz qalan sörfçü yenidən okeana qayıtmaq istədiyini söyləyib.
İlk dəfə bir yırtıcı heyvan sörfçünü 16 yaşı olanda dişləyib. Bundan sonra onun bədənində böyük bir yara izi qalıb.
Bu yaxınlarda baş verən ikinci hücumdan sonra ona 93 tikiş atılıb. Buna baxmayaraq o okeanda sörf etməkdən imtina etməyəcəini deyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...