Makron Putin və Zelenski arasında danışıqların mümkün yerini açıqladı

Makron Putin və Zelenski arasında danışıqların mümkün yerini açıqladı
Dünya 76

"Rusiya prezidenti Vladimir Putin və onun Ukrayna həmkarı Vladimir Zelenski arasında növbəti Rusiya-Ukrayna danışıqlar raundu İsveçrənin Cenevrə şəhərində keçirilə bilər".

BAKU.WS xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron TF1 telekanalına müsahibəsində bildirib. 

"Bəlkə də İsveçrə, mən Cenevrəni dəstəkləyirəm. Yaxud başqa bir ölkə də ola bilər. Ötən ikitərəfli məsləhətləşmələr Türkiyədə, İstanbulda keçirilmişdi", - deyə dövlət başçısı əlavə edib.

Makron jurnalistlərin sualını cavablandırarkən, 2019-cu ildə olduğu kimi, Parisi sammit üçün mümkün məkan kimi rədd edib: "Çünki indi vəziyyət başqa mərhələdədir və görüşün neytral dövlətin ərazisində keçirilməsi lazımdır".

Oxşar xəbərlər

Son xəbərlər