Makron Fransada könüllü hərbi xidməti elan etməyə hazırlaşır
Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə ölkədə könüllü hərbi xidmətin tətbiqi ilə bağlı açıqlama verə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "Le Figaro" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, prezidentin rəsmi bəyanatının 27 noyabr, cümə axşamı səsləndiriləcəyi gözlənilir.
"Böyük iyirmilik" sammitinin kuluarlarında Makron bildirib ki, bu layihə son aylarda qlobal təhlükəsizlik məsələləri fonunda, xüsusilə artan qeyri-müəyyənlik və gərginlik şəraitində müzakirə olunub.
Makron belə deyib: "Biz yaşadığımız dünyada – qeyri-müəyyənlik və gərginliklə dolu bir şəraitdə – əgər həqiqətən təhlükəsiz olmaq istəyiriksə, başqalarını müdaxilə etməkdən çəkindirməliyik. Fransa güclü ordusu olan, eyni zamanda birlikdə fəaliyyət göstərə bilən güclü dövlət olaraq qalmalıdır".
Bundan əvvəl Almaniyanın NATO-nun ehtimal olunan müharibə planlarına uyğun olaraq hərbi çağırış sistemini bərpa etmək qərarına gəldiyi bildirilmişdi. Yeni qaydalara əsasən, gənc almanlar xidmət üçün yararlılıq baxımından testdən keçiriləcək. Əgər planı yerinə yetirmək üçün kifayət qədər könüllü olmazsa, hərbi xidmətə çağırış püşkatma yolu ilə aparılacaq.
Oxşar xəbərlər
Bu məktəbdə cəmi bir şagird təhsil alır
Türkiyənin Şərqi Anadolu ərazisindəki məktəblərdən birində cəmi bir şagird təhsil alır. BAKU.WS xəbər verir ki, məktəbə təyin edilən 25 yaşlı müğəllim Sedanur...