Maduro və arvadı Diddi ilə eyni təcridxanada saxlanılır
Yeniliklərdən dərhal xəbərdar olun
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores, məşhur reper P.Diddi (Şon Kombs) və amerikalı maliyyəçi Ceffri Epşteynin yaxın çevrəsinə aid Gisleyn Maksvell ABŞ-ın Nyu-York şəhərində, Bruklin rayonundakı istintaq təcridxanasına yerləşdiriliblər.
BAKU.WS-in "Axios" portalına istinadən verdiyi məlumata görə, həmin təcridxanada həmçinin "UnitedHealthcare" sığorta şirkətinin rəhbərinin qətlində şübhəli bilinən Luici Mannone və "El Çapo" ləqəbli meksikalı narkobaron Xoakin Qusman Loera da saxlanılır.
"NBC News" telekanalının məlumatına görə, Nikolas Maduro yanvarın 5-də Nyu-York məhkəməsi qarşısına çıxarıla bilər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...