Macarıstanda neft emalı zavodunda partlayış: ölən və yaralananlar var
Macarıstanda "MOL" şirkətinə məxsus zavodda baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hadisə Tisauyvaroş şəhərində qeydə alınıb.
BAKU.WS xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib, bir neçə nəfər isə ağır xəsarət alıb.
Məlumatı ölkənin Baş naziri Peter Magyar sosial şəbəkə hesabında paylaşıb. O, yaralıların vəziyyətinin ciddi olduğunu bildirib və hadisənin araşdırıldığını qeyd edib.
Məlumata görə, Macarıstanın energetika naziri Istvan Kapitan və "MOL" şirkətinin baş direktoru Zsolt Hernadi hadisə yerinə yollanıblar.
Partlayış Tiszaújváros şəhərində yerləşən zavod ərazisində qeydə alınıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
NASA Marsın nadir görüntülərini yayımladı
NASA-nın "Psyche" kosmik aparatı Marsın yaxınlığından keçərkən qırmızı planetin nadir görüntülərini qeydə alıb. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki,...