Luvr oğrusu youtuber imiş - 88 milyon avroluq zinət əşyaları hələ də tapılmayıb
Fransanın paytaxtı Paris yaxınlığında Luvr Muzeyindən 88 milyon avro dəyərində zinət əşyalarının oğurlanması ilə bağlı bir nəfər həbs edilib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı Abdoulaye N. adlı bu şəxs sosial şəbəkələrdə "Doudou Cross Bitume" adı ilə tanınan fenomen və keçmiş mühafizəçidir.
Onun DNT izləri hadisə yerində tapılıb və "təşkilatlanmış oğurluq"da iştirak etdiyi bildirilir. Araşdırmalara görə, oğurluğu dörd nəfərlik qrup həyata keçirib və əməliyyat cəmi yeddi dəqiqə çəkib.
Oğurlananlar arasında Napoleonun həyat yoldaşlarına məxsus dəyərli boyunbağı və tac da var.
Qeyd edək ki, Abdoulaye N.-nin 15 cinayət üzrə keçmişi olduğu, əvvəllər Pompidu Mərkəzində təhlükəsizlik işçisi kimi çalışdığı açıqlanıb.
Hazırda istintaq davam edir, oğurlanan zinət əşyaları isə hələ tapılmayıb.
Oxşar xəbərlər
BBC: Böyük Britaniya ABŞ-ın İrana mümkün zərbələri üçün hərbi bazalardan istifadəsinə icazə verməyib
Böyük Britaniya hökuməti ABŞ-a İrana qarşı mümkün hərbi zərbələr üçün ölkə ərazisində yerləşən hərbi bazalardan istifadə etməyə icazə verməyib. BAKU.WS AZƏRTAC-...