Luvr Muzeyi soyğundan sonra yenidən açıldı
Fransanın paytaxtı Parisdə yerləşən məşhur Luvr Muzeyi, 19 oktyabrda baş verən soyğundan üç gün sonra fəaliyyətini bərpa edib.
BAKU.WS xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, oğrular muzeyin "Apollo qalereyası"ndan kral ailəsinə məxsus 9 qiymətli tarixi əsəri oğurlayıblar. Onlardan biri – İmperatriçə Eugeniyə məxsus tac – daha sonra zədələnmiş halda muzeyin yaxınlığında tapılıb.
Hadisə cəmi 7 dəqiqə davam edib və oğrular 8 ədəd nadir zərgərlik məmulatı ilə qaçıblar. Oğurlanan əşyaların ümumi dəyərinin 88 milyon avro olduğu bildirilir.
Muzey rəhbərliyi Luvrun əsas zalları yenidən ziyarətə açıldığını, lakin soyğunun baş verdiyi "Apollo qalereyası"nın növbəti açıqlamaya qədər bağlı qalacağını bildirib.
Oxşar xəbərlər
Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək
Bütün Fransa üzrə etirazlarla əlaqədar 135 nəfər saxlanılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Fransa daxili işlər naziri Loran Nunyes brifinq zam...