Lukaşenko ona evə qayıtmağa icazə verdi
Belarus prezidenti Aleksandr Lukaşenko müxalifətçi Nikolay Statkeviçin ailəsinin müraciətini təmin edib və onun keçirdiyi xəstəlikdən sonra evə qayıtmasına icazə verib.
BAKU.WS xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont bildirib.
"Əvvəlcə xatırlatmaq istəyirəm ki, Nikolay Statkeviçin əfv edilməsi barədə qərarı prezident çoxdan qəbul etmişdi. Lakin o zaman Statkeviç "cənnət bağına" getməkdən imtina etdi və yenidən həbsxanaya qayıtdı", - deyə Eysmontun sözlərini Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan "Pul Pervogo" teleqram kanalı sitat gətirib.
Onun sözlərinə görə, bundan sonra Statkeviçin səhhətində problemlər yaranıb, o cümlədən beyin infarktı keçirib və prezidentin qərarı ilə müalicə üçün xəstəxanaya köçürülüb.
Natalya Eysmont əlavə edib ki, hazırda müxalifətçi ev şəraitində bərpa olunur.
Statkeviç 2010-cu ildə keçirilən prezident seçkilərində Lukaşenkonun rəqiblərindən biri olub. O, səsvermədən sonra iğtişaşların təşkili ittihamı ilə həbs edilib. DTK-nın istintaq təcridxanasında siyasətçi ifadə verməkdən imtina edib və 22 günlük aclıq aksiyası keçirib, məhkəmədə isə günahını qəbul etməyib.
2011-ci ilin mayında Statkeviç gücləndirilmiş rejimli koloniyada altı il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Əraqçı: "ABŞ ilə danışıqlarda hər şey qarşı tərəfdən asılıdır"
"İranın nüvə dosyesi ilə bağlı danışıqlarda əsas məsələ artıq tamamilə ABŞ-nin ixtiyarındadır". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu "MS Now" telekan...