Lotereya qalibi ləng olduğuna görə 1 milyon dolları itirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-da qəribə hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, lotereya qazanan şəxs ləng olduğu üçün 1 milyon dollarını itirmək riski ilə üzləşib.
Bu barədə New York "Upstate web" məlumat yayıb.
Qeyd edilib ki, bilet "Port Cefferson"dakı əsas küçədəki bir mağazadan alınıb.
Sözügedən bilet 1 sentyabr 2025-ci il tarixli lotereyada çəkilən beş əsas rəqəmlə uyğun gəlib: 8, 23, 25, 40 və 53.
Əlavə nömrəsi olmayan beş əsas rəqəm lotereyanın ikinci ən böyük mükafatını qazanıb.
Qaydalara görə, bu mükafat tirajdan bir il ərzində tələb olunmalıdır.
Bu bilet üçün son tarix 1 sentyabr 2026-cı ildir. Lotereya qalibinin pulunu tələb etmək üçün cəmi iki həftəsi var, əks halda ləng hərəkət etməsi səbəbindən pulunu itirəcək.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...