Los-Ancelesdə yenidən güclü meşə yanğınları başlayıb
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yeni güclü meşə yanğını baş qaldırıb.
BAKU.WS CNN-in məlumatına istinadən xəbər verir ki, yanğın cəmi iki saat ərzində 20 kvadrat kilometr ərazini əhatə edib.
Alovun geniş yayılma təhlükəsi səbəbilə yerli hakimiyyət orqanları Kasteyk gölü ətrafında yaşayan sakinlərin təxliyə edilməsi barədə qərar verib. Yanğının söndürülməsi isə güclü külək səbəbilə çətinləşib və alovun sıx məskunlaşmış ərazilərə yayılma riski artır.
Qeyd edək ki, Kaliforniyada meşə yanğınları 7 yanvar tarixindən bəri davam edir. Meteoroloqların verdiyi məlumata görə, quru və küləkli hava şəraiti yanğının sürətlə yayılmasına şərait yaradır.
Hazırda Los-Anceles bölgəsində yanğınların təsir etdiyi ümumi ərazi 16 min hektardan çoxdur.
Oxşar xəbərlər
Tehranda 46 mindən çox bina hava hücumuna məruz qalıb
ABŞ və İsrailin hava zərbələri nəticəsində fevralın 28-dən aprelin 2-dək İranın paytaxtı Tehranda 46 min 437 yaşayış və ticarət obyektinə ziyan dəyib. BAKU.WS "...