Los-Ancelesdə yanğınlar söndürülə bilmir: Ölənlərin sayı 27-yə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində davam edən meşə yanğınlarında ölənlərin sayı 27-yə yüksəlib.
BAKU.WS xəbər verir ki, rəsmi məlumatlara görə, 26 nəfər itkin düşüb, 82 min nəfər məcburi təxliyə edilib, 90 min nəfər isə təxliyə xəbərdarlığı alıb.
7 yanvarda başlayan yanğınlar ağır fəsadlara səbəb olub. Los-Anceles Tibbi Ekspertiza Bürosunun məlumatına görə, İton yanğınında 17, Palisades yanğınında isə 10 nəfər həyatını itirib. Los-Anceles Yanğın Departamenti Palisades yanğınının 23 min akrdan çox əraziyə yayıldığını, 5 min tikilini məhv etdiyini və yalnız 22%-nin nəzarət altına alındığını bildirib. İton yanğınının isə 14 min akrdan çox ərazini külə çevirdiyi, 7 min tikilini məhv etdiyi və 55%-nin söndürüldüyü qeyd edilib.
Yanğınların 29 min 824 şagirdin təhsilinə mənfi təsir göstərdiyini, 33 məktəbin bağlandığını və 10 məktəb kampusunun ziyan gördüyünü və ya tamamilə məhv edildiyi açıqlanıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...