Los-Ancelesdə kütləvi etirazlardan sonra komendant saatı tətbiq edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Los-Anceles Bələdiyyə Başçısı Karen Bass X sosial şəbəkəsində qeyri-qanuni mühacirlərin kütləvi saxlanmasından sonra yaranan etirazlar və iğtişaşlarla əlaqədar şəhərin mərkəzində komendant saatı tətbiq edəcəyini açıqlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, hüquq-mühafizə orqanları tərəfindən qayda pozanların saxlanılacağını bildirib.
"Məhdudiyyətlər yerli vaxtla saat 20:00-dan etibarən, səhər saat 6-ya qədər qvvədə olacaq və bir neçə gün davam edəcək".
Qeyd edək ki, etirazlar 44 nəfərin immiqrasiya pozuntusu ittihamı ilə həbs edilməsindən sonra başlayıb. Nümayişçilər yolları bağlayıb, ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşlarına daş atıblar.
İğtişaşlar iyunun 6-da başlayıb. Etirazçılar polis əməkdaşlarına daş və çubuqlar atmağa, barrikadalar qurmağa və şəhərin əsas yollarını bağlamağa başlayıblar. Buna cavab olaraq Milli Qvardiya etirazları yatırmaq üçün rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...