Livanlılar evə qayıdır - On kilometrlərlə uzanan tıxac
İsraillə münaqişə nəticəsində məcburi köçkün düşən yüz minlərlə livanlı bu səhər qüvvəyə minən atəşkəs sazişindən sonra evlərinə dönmək üçün yola çıxıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Livanın cənubuna gedən yollarda sıxlıq yaşanır.
Ancaq bölgədə 40 mindən çox evin dağıdılması səbəbindən köçkünlərin bir çoxu yuvalarını yerində tapmayacaq.
Qeyd edək ki, 2023-cü ilin 8 oktyabrında İsrail ilə Hizbullah arasında başlayan toqquşmalar son aylarda müharibəyə çevrilib. Bu münaqişələr səbəbindən 5,3 milyon əhalisi olan Livanda təxminən 1,9 milyon insan məcburi köçkün olub.
Bu səhər, saat 05:00-da İsrail ilə Livan arasında atəşkəs qüvvəyə minib.
Oxşar xəbərlər
Ukraynada mer şəhər şurasının katibini döyüb
Ukraynanın Kiyev vilayətinin Vasilkov şəhərinin meri şəhər şurasının katibini döyüb. BAKU.WS xəbər verir ki, bu barədə Vasilkov şəhər şurasının katibi Boqdan Şe...