Livan parlamenti ölüm hökmünü ləğv edib - Ərəb dünyasında İLK
Yeniliklərdən dərhal xəbərdar olun
Livan parlamenti ölüm hökmünün ləğv edilməsini təsdiqləyib. Bununla ölkə ərəb dünyasında ölüm cəzasını ləğv edən ilk dövlət olub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, ölüm hökmü ömürlük həbs və ağırlaşdırılmış məcburi əmək cəzası ilə əvəzlənəcək. Səsvermədə parlamentdəki əksər deputatlar qərarı dəstəkləyib, yalnız "Hizbullah"ın parlament bloku buna qarşı çıxıb.
Livan 2004-cü ildən edamların icrasına qeyri-rəsmi moratorium tətbiq etsə də, bu müddət ərzində ölkədə onlarla ölüm hökmü çıxarılıb. Lakin həmin hökmlər icra edilməyib və ya sonradan başqa cəza ilə əvəzlənib.
Livanın ədliyyə naziri Adel Nassar qərarı ölkə üçün "tarixi addım" adlandırıb. Hüquq müdafiə təşkilatları da parlamentin qərarını müsbət qarşılayıb.
Oxşar xəbərlər
Dünyanın ən yaraşıqlı kişisi hesab edilən bloqerə ağır ittihamlar irəli sürüldü
İnternet istifadəçilərinin "dünyanın ən yaraşıqlı kişisi" adlandırdığı amerikalı bloqer Breyden Piters barəsində cinayət təqibi ilə bağlı yeni detallar üzə çıxı...