Litvada rusiyalılar üçün yeni məhdudiyyətlər qüvvəyə minib

Litvada rusiyalılar üçün yeni məhdudiyyətlər qüvvəyə minib
Dünya 101

Mayın 3-dən Litvada rusiyalılar üçün yeni məhdudiyyətlər qüvvəyə minib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

Dəyişikliyə əsasən Rusiya və ya Belarusa üzrlü səbəb olmadan üç ay ərzində bir dəfədən çox səfər edənlər yaşayış icazəsini itirəcəklər.

Qeyd olunur ki, burada beynəlxalq yük və sərnişin daşımaları ilə məşğul olan, o cümlədən Aİ ölkələrinə gedib-gələn və ya Litva ərazisindən tranzitlə gedən şirkətlərdə işləyən sürücülər istisnadır.

Miqrasiya Departamentinin məlumatına görə, aprelin 1-nə Litvada 14 min nəfərin yaşayış icazəsi var ki, onlardan 652-si Rusiya vətəndaşıdır.

LRT qeyd edib ki, "Ukraynaya qarşı hərbi təcavüzlə əlaqədar məhdudlaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" qanun Xarici İşlər Nazirliyinin bu məsələdə vasitəçi hallar istisna olmaqla, Rusiya və Belarus vətəndaşlarından Şengen və milli vizaların alınması üçün müraciətlərin qəbulunu dayandırır. Bundan əlavə, rusiyalıların Litvada müvəqqəti yaşamaq üçün müraciətləri də qəbul edilmir və yalnız etibarlı Şengen və ya milli vizası, Litvada və ya başqa bir Aİ ölkəsində yaşamaq icazəsi olanlar üçün istisnadır.

Həmçinin, Aİ sərhədindən keçməyən rusiyalılar və belaruslular milli təhlükəsizliyə, ictimai asayişə, dövlət siyasətinə, sağlamlığa və ya beynəlxalq münasibətlərə təhdidlərə görə əlavə yoxlamalardan keçirlər.

Üstəlik, qanuna görə, Litvada yaşamaq icazəsi olmayan rusiyalıların bu ölkədə daşınmaz əmlak alması qadağandır.

Oxşar xəbərlər

Son xəbərlər