Lavrov və Əraqçi arasında telefon danışığı: gərginlik müzakirə olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və İranın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sergey Lavrov və Seyid Abbas Əraqçi arasında keçirilən müzakirələrin əsas mövzusu İran ətrafında yaranmış gərgin hərbi-siyasi vəziyyət olub.
Məlumata görə, Lavrov bir sıra ölkələrin gərginliyin azaldılması istiqamətində atdığı addımların Yaxın Şərqdə uzunmüddətli sabitliyə töhfə verəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, vəziyyətin normallaşması üçün ilk növbədə ABŞ ultimatum ritorikasından imtina etməli və prosesi diplomatik danışıqlar müstəvisinə qaytarmalıdır.
Xatırladaq ki, Lavrov aprelin 1-də Rusiyanın münaqişənin həllində rəsmi vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan etmişdi.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...