Lavrov: Rusiya və Ukrayna arasında humanitar kanallar üzrə real irəliləyiş var
Rusiya və Ukrayna arasında humanitar məsələlər üzrə real irəliləyiş var, ünsiyyət kanalı qorunmalıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident Vladimir Putinin hökumət üzvlərinin iştirakı ilə keçirdiyi iclasda bildirib.
"Hesab edirəm ki, bütün hallarda həmişə ünsiyyət kanalına malik olmaq daha yaxşıdır, bu, ilk növbədə, humanitar məsələləri həll etməyə imkan verir və xoş niyyət jestləri, etimadın möhkəmləndirilməsi tədbiri kimi qarşılıqlı humanitar addımların razılaşdırılması yəqin ki, indiki mərhələdə zəruridir", - o qeyd edib.
Oxşar xəbərlər
Anasının ölümünə görə ağır cəza aldı: Güllünün işi ilə bağlı qərar açıqlandı
Türkiyəli müğənni Güllünün müəmmalı ölümü ilə bağlı məhkəmə prosesində diqqətçəkən detallar üzə çıxıb. Məhkəmə sənədlərində sənətçinin qızı Tuğyan Ülkəm Gülteri...