Latviya bankomatlarda rus dilindən istifadəni qadağan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Latviya bankomatlarda rus dilindən istifadəni qadağan edib.
BAKU.WS Delfi portalına istinadən xəbər verir ki, bankomatlara latış dili quraşdırılacaq.
Latviyanın Seymi (birpalatalı parlament) yekun oxunuşda kredit təşkilatları haqqında qanuna ölkənin bankomatlarında rus dilindən istifadəni qadağan edən dəyişiklikləri qəbul edib.
Həmçinin cihazlarda Aİ, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin, eləcə də assosiasiyalara üzv olmağa namizəd dövlətlərin rəsmi dilləri quraşdırıla bilər. Bildirilir ki, "düzəlişlərin məqsədi bütün Latviya ərazisində sakinlər üçün nağd pulun olmasını təmin etməkdir".
Qeyd edək ki, sentyabrın 11-də Latviya Seyminin Büdcə və Maliyyə Komissiyası yekun oxunuşdan əvvəl kredit təşkilatları haqqında qanuna müvafiq dəyişiklikləri təsdiqləyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...