Lahmacunun qiyməti aktrisanı QƏZƏBLƏNDİRDİ - İçinə ət yerinə qızıl qatırlar?

Yay mövsümü yaxınlaşdıqca Türkiyənin turistik Bodrum qəsəbəsində qiymətlər müzakirələrə səbəb olub. Məşhur aktrisa Seray Sever lahmacunun 2200 lirəyə satılması ilə bağlı iddialara sərt reaksiya verib.
BAKU.WS xəbər verir ki, uzun müddətdir Bodrumda yaşayan aktrisa bir neçə gün əvvəl iş üçün gəldiyi İstanbulda jurnalistlərin suallarını cavablandırıb.

Qiymətləri eşidəndə təəccübünü gizlədə bilməyən Sevər, "Bu, gülüncdür. O pul həqiqətən də verilməməlidir. O pulu vermək görməmişlikdir. Mən yemərəm. Qiymənin yerinə qızıl qoyurlar? Bu mümkün deyil!".
Aktrisa onu da qeyd edib ki, qəsəbədə restoranlarda elə də çox yemək yemir:
"Bodrumda çox restorana getmirik, bağçamızda manqalımız var. Bizə gəl, sənə pulsuz yemək hazırlayacam", deyən aktrisa jurnalistlərlə zarafat edərək ürəkdən gülüb.
Oxşar xəbərlər
Müharibənin bir ili neçə milyarda başa gəlir? - Zelenski AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin qarşıdakı hədəflərini açıqlayıb. BAKU.WS xəbər verir ki, o, Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə...
