Laboratoriyada hazırlanan balıq satışa çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Qida və Dərman İdarəsi (FDA) laboratoriyada hazırlanan balığın ilk dəfə rəsmi şəkildə satışı təsdiqləyib. Bu balıq artıq bəzi restoranlarda təqdim olunur.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, süni balığı "Wildtype" şirkəti haazırlayıb.
FDA bu məhsulun insanlar üçün təhlükəsiz olduğunu açıqlayıb.
Balıq sushi üçün uyğundur və çiy formada yeyilə bilər. Bu balıqdan alınan hüceyrələr laboratoriyada yetişdirilir. Sonra ona bitki mənşəli maddələr əlavə olunur ki, dadı və görünüşü təbii balığa bənzəsin.
İlk dəfə bu balıq Oregon ştatındakı restoranda təqdim olunub. Məkan bu məhsulu iyuldan etibarən gündəlik menyuya salacaq.
"Wildtype" şirkəti daha dörd restoranda da bu məhsulu təqdim etməyi planlaşdırır.
Bəzi ştatlarda laboratoriya mənşəli ətlərin satışı qadağandır. Amma mütəxəssislər bu məhsulun sağlamlığ üçün zərərli olmadığını bildirirlər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...