KXDR Cənubi Koreyaya gedən yolları partladıb
Yeniliklərdən dərhal xəbərdar olun
Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyaya gedən yolları partladıb.
BAKU.WS xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat verib.
Məlumatda qeyd olunub ki, partlayışlar yarımadanın qərb və şərqindəki nəqliyyat xətlərinə təsir göstərib.
"Şimali Koreya günorta saatlarında hərbi demarkasiya xəttinin şimalındakı yol hissələrini partladıb. Hərbi qüvvələrimiz hazırlığı və müşahidəni gücləndirirlər", - məlumatda deyilir.
Qeyd edək ki, Cənubi Koreya hərbçiləri bu barədə əvvəlcədən xəbərdarlıq ediblər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...