"Kuryer" gənc bloggerə küçədə hücum edib, ÖLDÜRDÜ

Kolumbiyada 22 yaşlı sosial media fenomeni Maria Jose Estupinan Sanchez evinin qarşısında özünü kuryer kimi təqdim edən şəxs tərəfindən öldürülüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə Venesuela sərhədinə yaxın olan Kukuta şəhərinin La Riviera məhəlləsində baş verib.
Gənc qadın evindən çölə çıxanda özünü kuryer kimi təqdim edən kişi ona yaxınlaşaraq yaxın məsafədən atəş açıb. Güllə birbaşa onun üzünə dəyib.
Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə təcavüzkarın qara papaq, pencək və bel çantası ilə sürətlə hadisə yerindən qaçdığı görünür. Xəstəxanaya aparılan Estupinyanı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Ərazi polis rəisi, polkovnik Leonardo Kapaço deyib ki, qadını bağlama çatdırmaq iddiasında olan kişi öldürüb.
Polis qətlin mümkün motivi kimi qurbanın yaxınlarda iştirak etdiyi məhkəmə iclasına diqqət yetirib. Maria Xose ayın əvvəlində keçmiş sevgilisinə qarşı məişət zorakılığı iddiasında ifadə verib. NDTV-nin məlumatına görə, gənc qadın təxminən 7100 dollar təzminat almalı idi. Onun keçmiş sevgilisi hazırda baş şübhəli kimi araşdırılır.
Estupinan Francisco de Paula Santander Universitetində media üzrə təhsili alırdı və məzun olduqdan sonra televiziya aparıcısı olmaq arzusunda idi. Təhsilini davam etdirərkən modellik də edirdi.
Qalereya
Oxşar xəbərlər
Tramp yüz minlərlə ukraynalını deportasiya edəcək
ABŞ Prezidenti Donald Trampın administrasiyası yüz minlərlə miqrantın, o cümlədən ölkədə müvəqqəti yaşayan 200 mindən çox ukraynalının deportasiyasını nəzərdə t...
