"Kurtlar Vadisi Pusu"nun məşhur aktyoru 56 yaşında vəfat etdi

"Kurtlar Vadisi Pusu" serialının məşhur aktyoru Şekip Taşpınar vəfat edib.
BAKU.WS xəbər verir ki, o 56 yaşında dünyasını dəyişib. Bu barədə aktyorun meneceri Temmuz Karikutal məlumat yayıb.
Aktyor 2023-cü ildə zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi. O süni tənəffüs aparatına qoşulmuşdu.

Qeyd edək ki, Şekip Taşpınar "Kurtlar Vadisi Pusu" serialında Cevat Akarsu obrazı ilə məşhurlaşmışdı. Ekran işi 2009-cu ildə çəkilib.
Aktyor "Beyaz Gelincik", "Behzat Ç. Bir Ankara Polisiyesi", "Karadayı", "Cesur Yürek", "Arka Sokaklar", "Teşkilat ve Yürek Çıkmazı" kimi layihələrdə də çəkilib.

Məlumat üçün bildirək ki, Mehmet Şekip Taşpınar 10 fevral 1969-cu ildə Ankarada anadan olub. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasını bitirib. Teatra 1988-ci ildə Ankarada teatrda başlayıb. 1990-1994-cü illərdə Ankara Dövlət Konservatoriyasında təhsil alıb. 1995-1998-ci illərdə Ankara Dövlət Teatrında çalışıb. 1999-cu ildə Adana Dövlət Teatrına təyinat alıb.
2000-2003-cü illərdə Çukurova Universiteti Dövlət Konservatoriyasında aktyorluq, diksiya dərs deyib. 1988-ci ildən TRT və digər kanallarda səs aktyoru kimi də çalışıb.

Oxşar xəbərlər
Ana internetdə canlı yayım açanları dəstəkləmək üçün uşaqlarını satdı
Çində ana iki oğlunu 11600 dollara satıb və pulu strimerlərə ( internetdə canlı yayım (strimi) aparan şəxs) ianə və paltar almağa xərcləyib. BAKU.WS xəbər veri...