Kurskda Fransa istehsalı olan "Caesar"ın vurulma anı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Fransanın "Caesar" özüyeriyən artilleriya qurğularından istifadə edib. Onlardan biri Rusiya Silahlı Qüvvələrinin artilleriyası tərəfindən meşə zolağında kamuflyaj olunmuş vəziyyətdə vurulub.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukrayna Silahlı Qüvvələrinə məxsus 155 mm-lik "Caesar" özüyeriyən artilleriya qurğusunun hərəkəti Rusiya Silahlı Qüvvələrinin kəşfiyyat PUA operatoru tərəfindən Kursk vilayətinin Nikolaevo-Daryino kəndi yaxınlığında aşkar edilib. Artilleriya qurğusunu izləyən PUA operatoru onun meşə zolağında yerini müəyyənləşdirib. Dəqiq artilleriya zərbələri nəticəsində hədəf yox edilib", - deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...