Kurskda ABŞ İstehsalı olan hərbi texnika belə vuruldu - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələrinin "Şimal" qrupunun hərbçiləri ABŞ istehsalı olan "Bradley" piyada döyüş maşınını (PDM) Kursk vilayətinin sərhəd bölgəsində bir zərbə ilə məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus texnika yaşayış məntəqələrindən birinin kənarında aşkar edilib.
"Alınan kəşfiyyat məlumatlarının təhlilindən sonra PDM-ə atəş açılması qərarı qəbul edilib. Aşkarlanan hədəf optik lif vasitəsilə idarə olunan FPV-dronun heyəti tərəfindən tez bir zamanda sıradan çıxarılıb", - deyə açıqlamada bildirilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...