Kubada güclü zəlzələlər enerji infrastrukturuna ziyan vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Bazar günü Kubanın şərqində baş verən zəlzələlər elektrik infrastrukturunu zədələyib.
"Report" xəbər verir ki, bu barədə Kuba Milli Enerji Şirkəti məlumat yayıb.
Xüsusilə, yeraltı təkanların qeydə alındığı Santyaqo-de-Kuba və Qranma əyalətlərində transformatorlara və kabellərə ziyan dəyib. Nəticədə elektrik enerjisi sisteminin işində fasilələr yaranıb və hazırda onun bərpası istiqamətində işlər aparılır.
Qeyd edək ki, ötən gün Kubada 5,9 və 6,8 bal gücündə iki zəlzələ qeydə alınıb. Ölkə Prezidenti Migel Dias-Kanel "X"də yazıb ki, bölgədə sürüşmə və dağıntılar yaranıb. Ölənlər barədə məlumat verilmir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...