"Krokus Siti Holl"un açılış vaxtı bilindi

Krokus Siti Hollun açılış vaxtı bilindi
Dünya 152

İl yarım əvvəl terror aktının baş verdiyi "Krokus Siti Holl"un açılışı 2026-cı ilin yazında planlaşdırılır.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın "SHOT" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, əvvəlki konsert zalı sərgi pavilyonlarına çevriləcək.

Binanın yenidən qurulması başa çatmaq üzrədir. Fasadın bərpası demək olar ki, başa çatıb, dam örtüyünün bərpası isə davam edir.

Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Krokus Siti Holl"da terror aktı 22 mart 2024-cü ildə baş verib. Silahlı şəxslər konsert zalının tamaşaçılarına avtomat silahlardan atəş açıb və yanğın törədiblər. İstintaq Komitəsinin məlumatına görə, 150 nəfər vəfat edib, 1 nəfər itkin düşüb, yaralananların ümumi sayı isə 609 nəfərə çatıb.

Oxşar xəbərlər

Son xəbərlər