Kriştiano Ronaldodan ailəsini itirmiş venesuelalı uşağa dəstək mesajı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya yığmasının tanınmış hücumçusu Kriştiano Ronaldo Venesuelada baş vermiş dəhşətli zəlzələ zamanı dağıntılar altından sağ çıxarılan uşağa mesaj ünvanlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qısa videoda futbolçu oğlana tezliklə sağalmasını arzulayıb və onu öz matçlarından birinə dəvət edib.
"Sənə səmimi qəlbdən sağalma və ən yaxşısını arzulayıram, həm də səni matçıma dəvət edirəm. Qucaqlayıram, dostum!" - deyə nəşr Ronaldonun sözlərini sitat gətirir.
Məşhur oyunçunun diqqət ayırdığı uşaq ağır faciə yaşayıb: zəlzələ nəticəsində o, bütün ailəsini itirib, özü isə elə xəsarətlər alıb ki, həkimlər onun ayağını amputasiya etməyə məcbur olublar.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...